Ru
21:54 / 14 İyun 2020

Sabir Rüstəmxanlı ilə Cavanşir Quliyevdən Müşfiq ruhuna ərməğan

15681
“Nəhayət bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağrıları” orotoriyasını bitirdim!”

"BakuPost" dominant.az-a istinadən xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev bildirib.


Bəstəkar qeyd edib ki, orotoriya Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir:

“Libretto Müşfiqin bütün həyatını, ona qarşı olan ədalətsizlikləri, onun sevgisini, nifrətini, haqsızlığa dözümsüzlüyünü əhatə edir. Əsərdə 6 Ağı var: Ana Ağısı, Vətən Ağısı, Azadlıq Ağısı, Söz Ağısı, Eşq Ağısı, Həyat Ağısı. Bu ağılarda şairin bütün həyatı keçir. Qaragüruh adlandırdığım 5 hissə də var ki, bunlar Müşfiqə olan hücumları, ədalətsizlikləri və nəhayət, onun ölümə göndərilməsini əks etdirir. Əsərdə şairin görmədiyi Ana obrazı da var - madam şair onu görməyib, tamaşaçı da görməyəcək - ananın səsi kulislərdən eşidiləcək. Əsərdə 3 yerdə ana müdaxilə edir - əvvəldə, ortada və ən sonda. Müşfiqin bir poemasından bir kiçik şeirə rast gəldim - "Vəfasız dünyadan eh dedi, getdi, Tez sönən ömrünə meh dedi, getdi, Gül əkdi, vay dərdi cahan bağından, Tökdüyü yaşlara şeh dedi, getdi", - sanki özü haqda yazıb...Əsər ananın ifasındakı bu şeirlə sonlanır”.

“Librettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaraguruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın - xanəndə, təqdimatçı”, - deyə C.Quliyev əlavə edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər