Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti məlum olub.
Bakupost.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 4-ü, saat 14:00-da Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə səkkiz nəfər (dördü qadın, dördü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub, zəruri ilkin tibbi xidmət göstərilib. 1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər yeddi şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir.