Ru
08:44 / 05 Sentyabr 2025

Kim Çen Inın izlərinin silinməsinin SƏBƏBİ

Kim Çen Inın izlərinin silinməsinin SƏBƏBİ
Eye

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra kreslo və masasının silinməsinin səbəbi məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyalı bioloq Konstantin Kitayev danışıb.

Onun sözlərinə görə, bununla, Şimali Koreya liderinin köməkçiləri onun bioloji izlərini effektiv şəkildə silməyə çalışıblar.

Kitayev qeyd edib ki, hər bir insanın olduğu yerdə onun DNT məlumatlarının daşıyıcısı olan dəri hissəcikləri, saçları və tüpürcəyi qalır. Bu izləri müəyyən müddətdən sonra belə aşkar etmək mümkündür.

Ekspertin fikrincə, bu bioloji material əsasında müəyyən genlərə malik insanları seçici şəkildə zədələyən viruslar yaratmaq mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar