Ru
20:44 / 14 Aprel 2026

Cem Adrian sərbəst buraxıldı

Cem Adrian sərbəst buraxıldı
Eye

İstanbulda həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan müğənni Cem Adrian məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bakupost.az xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən bir neçə ağır maddə üzrə aparılan araşdırmanın bir hissəsi olaraq baş tutub.

Sözügedən cinayət işi “narkotik və ya stimullaşdırıcı maddələrin alınması, saxlanması və ya istifadəsi”, həmçinin “fahişəliyə təhrik etmə və ya buna şərait yaratma” və “narkotik istifadəsinə kömək etmə” ittihamlarını əhatə edir.

Xatırladaq ki, bundan bir neçə gün öncə İstanbulun Beşiktaş rayonunda məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində 2 əyləncə məkanında axtarışlar aparılmış, eləcə də aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da saxlanılma qərarı çıxarılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar