Ru
23:02 / 01 Oktyabr 2025

"Çernobıl AES"in obyektlərində fövqəladə vəziyyət yarandı

"Çernobıl AES"in obyektlərində fövqəladə vəziyyət yarandı
Eye

Ukraynanın Kiyev vilayətinin Slavutıç şəhərində enerji infrastrukturunun Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində "Çernobıl AES"in obyektlərində fövqəladə vəziyyət yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi teleqram kanalında məlumat yayıb.

"Gərginliyin dəyişməsi nəticəsində dağıdılmış dördüncü enerji blokunu təcrid edən və radioaktiv maddələrin ətrafa yayılmasının qarşısını alan əsas obyekt – Yeni təhlükəsiz örtük (konfaynment) elektrik təchizatından məhrum olub. Hazırda mütəxəssislər enerji təminatının bərpası üzərində işləyirlər", – bəyanatda qeyd olunub.

Bundan əvvəl Nazirlik Kiyev vilayətində enerji infrastrukturunun Rusiya dronu ilə vurulduğunu açıqlamışdı. Hücum nəticəsində Kiyev və Çerniqov vilayətlərinin sakinləri işıqsız qalıb. Hazırda təmir briqadaları enerji təchizatını ən qısa müddətdə bərpa etmək üçün iş aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar