Ru
12:18 / 12 Fevral 2021

Ceyhun Əli bu səbəbdən işdən çıxıb - Özü açıqladı

Ceyhun Əli bu səbəbdən işdən çıxıb -  Özü açıqladı
Eye

Tanınmış telejurnalist Ceyhun Əli (Ceyhun Əliyev) Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb.

"bakupost" xəbər verir ki, o, fəaliyyətini televiziyada davam etdirəcəyini söyləyib:

"Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik televiziya fəaliyyəti dövründə hər zaman tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik. Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm. Bu müddət ərzində mənimlə çiyin-çiyinə çalışan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına, xüsusilə də ömrünün 33 ilini bu işə sərf edən Mehman Qaibova, təşəkkürümü bildirirəm", deyə C.Əliyev əlavə edib.

Qeyd edək ki, Milli Məclis sədri Sahibə Qafarovanın imzaladığı əmrə əsasən, C.Əli parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib. C.Əli ötən ilin may ayında bu vəzifəyə təyin olunmuşdu.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar