Ru
15:51 / 07 May 2026

Çin 17 aydır dayanmadan qızıl alır

Çin 17 aydır dayanmadan qızıl alır
Eye

Dünya Qızıl Şurası 2026-cı ilin mart ayı üzrə mərkəzi bankların qızıl əməliyyatlarına dair hesabat yayımlayıb.

Bakupost.az xəbər verir ki, hesabata görə, mart ayında mərkəzi banklar ümumilikdə 30 ton xalis qızıl satışı həyata keçirib.

Ölkələr üzrə satışlarda Türkiyənin 60, Rusiyanın isə 6 ton qızıl satması əsas rol oynayıb. Azərbaycan Dövlət Neft Fondu da ilin ilk rübündə 22 ton xalis satış edib.

Ən çox qızıl alan ölkələr sırasında isə Polşa, Özbəkistan, Qazaxıstan və Çin yer alıb.

Polşa Mərkəzi Bankı mart ayında 11 ton qızıl alaraq siyahıda ilk sırada qərarlaşıb. Özbəkistan 9, Qazaxıstan 6, Çin isə 5 ton qızıl alıb. Bununla da Çin Mərkəzi Bankı 17 aydır davam edən qızıl alışını mart ayında da artırmış olub.
Hesabatda həmçinin Qvatemala və Çexiyanın da 2 ton qızıl aldığı qeyd olunub.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar