Ru
23:59 / 25 İyul 2025

Çin tarixində ilk: Sənət adamı edam edildi - TÜKÜRPƏDİCİ SƏBƏB...

Çin tarixində ilk: Sənət adamı edam edildi - TÜKÜRPƏDİCİ SƏBƏB...
Eye

Çinli sənətçi, müğənni və aktyor Çjan Yiyanqın azyaşlı sevgilisini qətlə yetirməkdə təqsirli bilindiyi üçün barəsində edam hökmü çıxarıldığı məlum olub.


Bakupost.az xəbər verir ki, güllələnərək edam hökmü 2024-cü il dekabrın 18-də baş verib.


Bu hal Çin ədliyyə tarixində görünməmiş hadisə olaraq tarixə keçib. Çünki ölüm cəzası ilk dəfə əyləncə sənayesinin nümayəndəsinə tətbiq edilib.


Məlumata görə, 2021-ci ildə 30 yaşında olan Çjan Yiyanq cəmi 15 yaşında olan qızla münasibətə başlayıb. Bundan sonra o, qızın üzərində tam nəzarət yaradıb, və azyaşlını ayrılma halında özünə zərər vermə hədələri ilə manipulyasiya edib.

26 fevral 2022-ci ildə qız münasibətlərinə son qoymağa cəhd edərkən, Çjan ad gününü qeyd etmək bəhanəsi ilə onu aldadaraq, meşəyə aparıb. Orada da yeniyetməyə çoxsaylı bıçaq zərbələri vurub.

Cinayəti törətdikdən sonra Çjan Yiyanq evinə qayıdıb, qurbanın mobil telefonunu və qətl alətini götürüb.

Ertəsi gün o, otel otağında intihara cəhd edib, lakin polisə zəng edən işçilər tərəfindən aşkar edilib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar