Ru
15:13 / 03 Avqust 2026

Çip dünya iqtisadiyyatını dəyişdirir: rekord qazanc

Çip dünya iqtisadiyyatını dəyişdirir: rekord qazanc
Eye

Yaponiyanın yaddaş çipləri istehsalçısı “Kioxia Holdings Corp” bu ilin ikinci rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 46 dəfə artıraraq 842,17 milyard yenə (5,3 milyard dollar) çatdırıb.

“Bakupost” xəbər verir ki, şirkətin gəlirlərindəki artımın əsas səbəbi məlumat mərkəzləri üçün yaddaş çiplərinə yüksək tələbat və süni intellekt texnologiyalarının inkişafı olub.

Məlumata görə, “Kioxia”nın satış gəlirləri 1,77 trilyon yenə (11,2 milyard dollar), əməliyyat mənfəəti isə 1,27 trilyon yenə (8 milyard dollar) yüksəlib.

Şirkətin maliyyə direktoru Yoşihiko Kavamura bildirib ki, yaddaş çiplərinə tələbatın yaxın dövrdə daha da artacağı gözlənilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar