Ru
21:43 / 21 Noyabr 2025

COP30-da şok vəziyyət: Razılaşma olmayan bir ssenari...

COP30-da şok vəziyyət: Razılaşma olmayan bir ssenari...
Eye

Demək çətindir, amma, həqiqətən də, razılaşma olmayan bir ssenari ilə üz-üzəyik.

Bakupost.az xəbər verir ki, bunu Avropa komissarı Vopke Hoekstra COP30-un Belemdə başa çatmasına bir neçə saat qalmış iqlim üzrə razılaşmanın əldə edilməməsi barədə danışarkən deyib.

O, mövcud layihə mətninin istixana qazı emissiyalarının azaldılması baxımından yetərli olmadığını bildirib:

“Hazırda masada olan mətn qəbuledilməzdir. Lazım olan yerdən bu qədər uzaq olduğumuza görə, təəssüf ki, sammitin razılaşma olmadan bitməsi real ehtimaldır.

Layihədə fosil yanacaqlar haqqında heç bir qeyd yoxdur: nə onların mərhələli şəkildə dayandırılmasından, nə də bunun üçün tələb olunan “yol xəritəsi”ndən. Halbuki Avropa, Latın Amerikası və ada ölkələri daxil olmaqla 80-dən çox ölkə bunun mətnə daxil edilməsini tələb edir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar