Ru
20:02 / 21 Noyabr 2025

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
Eye

Gürcüstanın Tiflis şəhərinin ən hündür yerində - Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Bakupost.az xəbər verir ki, şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.

İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir.

Tiflis televiziya qülləsinin Azərbaycan Bayrağının rəngləri ilə bəzədilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub və bu görüntü yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar