16:57 / 21 Noyabr 2025
“Bitcoin” 83 min dollara düşdü – Kriptovalyuta bazarı çökməkdə davam edir
61
Qlobal kriptovalyuta bazarında qiymətlər daha da dərinləşib. “Bitcoin” 85 min dolların altına enərək son ayların ən aşağı səviyyəsini görüb.
Bakupsot.az “Bloomberq”ə istinadən xəbər verir ki, son 24 saat ərzində “Bitcoin” daxil qlobal kripto bazarının ümumi dəyəri təxminən 8,3% azalaraq 2 trilyon 870 milyard dollara geriləyib. Halbuki, bu rəqəm dünən 3.2, srağagün isə 4.3 trilyon dollar idi.
Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti 24 saatda 9%-dən çox düşüb və beləliklə 2025-ci ilin aprelindən bəri ən aşağı səviyyəsini görüb.
Bakı vaxtı ilə 13:25 olan məlumata görə, “Bitcoin” 83 min 243 dollar səviyyəsində ticarət olunur. Həftəlik dəyər itkisi 14%-ə çatıb.
“Bitcoin” 2025-ci ilin aprelində ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarlarının qlobal maliyyə bazarlarında sarsıntı yaratmasından sonra 74 min 400 dollara qədər enmişdi.
Bazarda ikinci ən böyük kriptovalyuta olan “Ethereum” da ciddi itki ilə üzləşib. Son sutkada qiymət 10%-dən çox ucuzlaşaraq 2 min 717 dollar səviyyəsinə düşüb.
Cavid, BakuPost