“Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb
Bakupost.az xəbər verir ki, ölkədə şans oyunlarının mərkəzi “Azərlotereya”nın “Sürətli Şans” kampaniyası yekunlaşıb.
Azerlotereya.com və
Misli.az platformalarında keçirilmiş “Sürətli Şans” stimullaşdırıcı lotereyasının qalibləri müəyyənləşib.
İki ay davam etmiş stimullaşdırıcı lotereyada ümumilikdə 2 nəfər super priz – “Toyota Corolla” avtomobilinə sahib çıxıb. Qaliblərdən biri Cəlilabad sakini Səid Qabilov olub.
Bundan əlavə, lotereyada 80 nəfər 1 000, 16 nəfər 2 000, 8 nəfər isə 10 000 manat udub. Qazananlar sırasında Elsəvər Xasıyev, Əli Mirzəyev, Zamiq Rzayev, Mehman Umarov, Orxan Əliyev, Pünhan Rəhimli, Nəbi Hüseynov olub.
Qaliblər
“Azərlotereya TV” YouTube kanalında canlı yayım vasitəsilə təsadüfi seçimlə müəyyənləşib.