Ru
15:21 / 21 Noyabr 2025

Bakıya gələn ermənilərin kimlikləri açıqlandı - ADLAR

Bakıya gələn ermənilərin kimlikləri açıqlandı - ADLAR
Eye

Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, noyabrın 21-22-də Ermənistandan 5 ekspert dəyirmi masada iştirak etmək üçün Azərbaycanın paytaxtında olacaq. Bu məqsədlə Ermənistan hökuməti İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün təxminən 18 milyon dram ayırıb. Müvafiq qərar dünən Ermənistan hökumətinin iclasında qəbul edilib.

Teleqraf bundan öncə məlumat vermişdi ki, noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar