Aşıq Telli Borçalı ilə Zülfiyyə İbadova arasında yaşanan qalmaqal bitib.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, aşıqlar uzun aradan sonra "Rəngarəng" verilişində barışıblar.
Qeyd edək ki, aşıqlar arasındakı qalmaqala səbəb Zülfiyyənin zarafatla "Sazımı Telliyə əmanət etmərəm. Çünki restoranımıza gəlmişdi, sazını gecə orada unudub gedib" sözlərini deməsi olub.