İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən bildirir ki, Hatəmi inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların şah dövründəkindən daha ciddi olduğunu deyib.
İranın süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən sabiq prezident ölkəni ağaca bənzədib.
Cavid, BakuPost
Əcəb maraqlı Lider münasibəti deyilmi? Dövlət Lideri seçilənə qədər tanınıb-seçilməli deyilmi? İslam İnqlabından sonra İran hakimiyyətinin dövlət-ölkə texniki-iqtisadi tərəqqisindən çox xarici-təsirlərə xərclənmsi hiss olunmurmu?