Ru
10:29 / 21 Noyabr 2025

Azərbaycan Prezidenti “D-8 Media Forumu” iştirakçılarına müraciəti etdi

Azərbaycan Prezidenti “D-8 Media Forumu” iştirakçılarına müraciəti etdi
Eye

Azərbaycan Prezidenti İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda “D-8 Media Forumu”nun iştirakçılarına müraciət ünvanlayıb.

Bakupost.az xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Dövlət başçısı Azərbaycanın D-8 ölkələri ilə təkcə iqtisadi yox, humanitar və sosial məsələlərdə də əməkdaşlıq mexanizmi qurduğunu bildirib.

Prezident ünvanladığı müraciətdə dezinformasiya və süni intellekt vasitəsilə yalan məlumatların yayıldığı bir dövrdə ölkələr arasında təhlükəsiz və qərəzsiz informasiya məkanının formalaşmasının əhəmiyyətini vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar