Ru
09:23 / 21 Noyabr 2025

Bakıda iki rayon gün ərzində qazsız qalacaq – Əmircanda işıqlar sönəcək

Bakıda iki rayon gün ərzində qazsız qalacaq – Əmircanda işıqlar sönəcək
Eye

Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar bu gün (noyabrın 21-i) saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Həmçinin Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

Əmircanda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin məlumatına görə, bu gün (21 noyabr) Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik şəbəkəsində təmir və yenidənqurma işləri həyata keçiriləcək:

“Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Elxan Həsənov, Malik Mustafayev, Zülal Tağıyev, İlham Şükürov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar