Ru
23:59 / 20 Noyabr 2025

Haqqımda qaralama kampaniyası davam edir, mənim övladlarımın... - Nura Suri

Haqqımda qaralama kampaniyası davam edir, mənim övladlarımın... - Nura Suri
Eye

Mənə qarşı yönəldilən qaralama kampaniyasının müxtəlif formalarda davam etdirildiyini açıq şəkildə bəyan edirəm. Bundan sonra mənim və övladlarımın başına gələcək istənilən neqativ halın kimlərin tərəfindən törədilə biləcəyi ictimaiyyətə və aidiyyəti qurumlara əvvəldən məlumdur.


Bakupost.az xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkə hesabında bildirilib.

O qeyd edib ki, bu məsələ ilə bağlı tam şəkildə hüquqi və ictimai mübarizəyə hazırdıq:

"Lakin altdan-altdan aparılan təzyiq, şər, böhtan və digər qeyri-qanuni addımlar mübarizə hesab oluna bilməz. Mənə və ailə üzvlərimə qarşı hər hansısa təxribat, təhdid, nüfuzdansalma və sair cəhdi olacağı halda, bunun kimlər tərəfindən edilə biləcəyi barədə məlumatları əvvəlcədən yazılı şəkildə qeyd edib evdə saxlamışam".

Qeyd edək ki, müğənni Nura Suri bir müddətdir Mədəniyyət Nazirliyi ilə bağlı bəzi ittihamlar səsləndirir. O, dövlət tədbirlərində dəvət siyahısına daxil edilən sənətçilərin qurumla şəxsi münasibəti olan müğənnilər olduğunu, eyni zamanda qurumda korrupsiya hallarının tüğyan etdiyini, həmçinin özü də daxil olmaqla nazirliyin standartlarına cavab verməyən sənətçilərin "qara siyahı"ya daxil edildiyini bildirib. Onun açıqlamalarına bir sıra sənət adamları da qoşulub, səsləndirilən fikirlərin doğruluğunu dəstəkləyiblər. Mövzu sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib və Mədəniyyət Nazirliyi ilə bir sıra sənət adamları arasında yaşanan qalmaqal müxtəlif media orqanlarında işıqlandırılıb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar