Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Qazel” “VAZ-21015”lə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu, 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq Elsevər Vəliyevin də həyatını xilas etmək mümkün olmayıb.
Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.