Ru
20:53 / 20 Noyabr 2025

Zelenski ABŞ-dən bununla bağlı saziş layihəsi alıb - BƏYAN

Zelenski ABŞ-dən bununla bağlı saziş layihəsi alıb - BƏYAN
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi "Telegram" kanalında bəyan edib.

"Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb", – deyə məlumatda qeyd olunur.

Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.

"Ukrayna Prezidenti yaxın günlərdə ABŞ prezidenti Donald Tramp ilə diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır", – bəyanatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar