Azərbaycanda dövlət nömrə nişanları yeni qaydada olacaq. Artıq köhnə nömrələrin dövrü bitir.
Bakupost.az Ajans.az-a istinadla xəbər verir ki, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb.
Yeni standartlara əsasən, artıq region kodu iki yox, üçrəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.
• ilk 3 rəqəm — region kodu,
• ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,
• son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.