Ru
17:42 / 20 Noyabr 2025

Polşa prezidentinə hədələr güclənib – Hökumət senzuraya hazırlaşır

Polşa prezidentinə hədələr güclənib – Hökumət senzuraya hazırlaşır
Eye

Polşa prezidenti Karol Navrotskiyə sosial şəbəkələrdə ölüm təhdidləri ünvanlanır.

Bakupost.az xəbər verir ki, “TVP” telekanalında yayılan məlumata görə, “Navrotski bir həftə ərzində ikinci dəfə sosial şəbəkələrdə hədəfə çevrilir. Bu, hökumətin internetdəki paylaşımlarla bağlı qanunları sərtləşdirmək cəhdlərinin fonunda baş verir”.

Bir neçə gün əvvəl 19 yaşlı gənc polis tərəfindən saxlanılıb. O, internetdə odlu silahın şəklinin altında Navrotskiyə xitabən “Tezliklə görüşərik, Karolek” statusunun yazıb. Saxlanılan şəxs hazırda polis nəzarətindədir və onun haqqında prezidentə yaxınlaşmağı qadağan edən məhkəmə qərarı çıxarılıb.

Polşa hökuməti hesab edir ki, bu kimi hallar virtual məkandan qanunsuz materialların silinməsinə imkan verəcək qanunların qəbulunu vacib edir. Lakin bu təşəbbüslərin tənqidçiləri, o cümlədən Navrotskinin özü internetdə senzuranın təhlükəli presedent yarada biləcəyindən narahatdır.

Bundan əvvəl Navrotski Ukraynaya xatırlatmışdı ki, Polşanın maraqları onun üçün hər şeydən üstündür.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar