Ru
17:42 / 20 Noyabr 2025

Paşinyan iki günlüyə Astanaya getdi

  Paşinyan iki günlüyə Astanaya getdi
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Astanaya gedib.

Bakupost.az xəbər verir ki, bu barədə news.am hökumətin mətbuat xidmətinə istinadən bildirib.

Qeyd edilib ki, Paşinyanı Baş nazirin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Ararat Mirzoyan, Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan və Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyan müşayiət edir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş 21 noyabrda prezident iqamətgahı olan Akorda Sarayında keçiriləcək.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar