Ru
19:30 / 20 Noyabr 2025

İranla bağlı qətnamə qəbul edildi

İranla bağlı qətnamə qəbul edildi
Eye

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurası İranla bağlı qətnamə qəbul edib.

Bakupost.az xəbər verir ki, qətnamədə İrandan zənginləşdirilmiş uranın ehtiyatları və bombardman edilmiş nüvə obyektlərinin vəziyyəti haqqında agentliyə dərhal məlumat vermək tələb olunur.

19 ölkə sənədin lehinə, 3 ölkə - Rusiya, Çin və Niger əleyhinə səs verib, daha 12 ölkə isə bitərəf qalıb.

Xatırladaq ki, daha əvvəl AEBA-nın direktoru Rafael Mariano Qrossi İranı agentliyin zədələnmiş obyektlərə, xüsusən də təcili aydınlaşdırma tələb edən aşağı və yüksək zənginləşdirilmiş uranın ehtiyatlarına çıxışını təmin etməyə çağırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar