“Bəzi marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlərlə müqayisə edərək yanlış fikirlər formalaşdırmağa çalışır”.
Bakupost.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
O deyib ki, gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur.
“2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur. Əgər, Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən söhbət gedə bilər?”,- deyə deputat vurğulayıb.