Ru
21:10 / 20 Noyabr 2025

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiya səfiri Moldova XİN-ə çağırıldı
Eye

Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov noyabrın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və ona Moldova ərazisi üzərində pilotsuz təyyarənin uçuşu ilə bağlı etiraz notası təqdim olunub.

Bakupost.az xəbər verir ki, Ozerov Moldova rəsmilərinin dronun Rusiya istehsalı olduğuna dair heç bir sübut təqdim etmədiklərini bildirib. Diplomat Rusiyanın pilotsuz təyyarənin uçuşunda iştirakını təkzib edib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi noyabrın 19-na keçən gecə baş vermiş pilotsuz təyyarə ilə bağlı insidenti kəskin şəkildə pisləyib və bunu milli suverenliyin ciddi şəkildə pozulması, vətəndaşların təhlükəsizliyinə və regionda sabitliyə təhdid kimi qiymətləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar