İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran"a məlumat yayıb.
O, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu deyib.
İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən Xatəmi ölkəni "möhkəm ağaca" bənzədib.
"Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılması riski var. Ümid edirəm ki, belə vəziyyət yaranmaz", - deyə sabiq dövlət başçısı bildirib.
Xatəmi çıxış yolu olaraq idarəetmə yanaşmasının dəyişdirilməsini göstərib və "xarici təzyiqlərə təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini" ən uğurlu yol adlandırıb.