Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişdi. Qanunvericilikdə yeni dəyişikliklər əlilliyi olan və digər imtiyazlı şəxslərin sanatoriya-kurort yollayışı ilə təminat imkanlarını artırır. Belə ki, yollayışla təmin olunma hüququ yaranan 18 yaşınadək uşaqlar da müşaiyətçi ilə təmin oluna biləcəklər və onların putyovka ilə təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüquqları olacaq.
Bakupost.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin böyük məsləhətçisi Sevinc Ədilova bildirib.
Rəsminin sözlərinə görə, əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər də müəyyən oluna bilərlər.
Sevinc Ədilova bildirdi ki, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin və hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin də sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydalarında uyğunlaşdırma üçün texniki xarakterli dəyişikliklər də edilib.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.