"Mənə qarşı yönəldilən qaralama kampaniyasının müxtəlif formalarda davam etdirildiyini açıq şəkildə bəyan edirəm. Bundan sonra özümün və övladlarımın başına gələcək istənilən neqativ halı kimlərin törədə biləcəyi ictimaiyyətə və aidiyyəti qurumlara əvvəldən məlumdur".
Bakupost.az xəbər verir ki, bunu son günlər Mədəniyyət Nazirliyi ilə çəkişən Nura Suri deyib.
Müğənni bildirib ki, bütün məlumatları yazılı şəkildə evində saxlayıb:
"Bu məsələ ilə bağlı tam şəkildə hüquqi və ictimai mübarizəyə hazıram. Lakin altdan-altdan aparılan təzyiq, şər, böhtan və digər qeyri-qanuni addımlar mübarizə hesab oluna bilməz. Mənə və ailə üzvlərimə qarşı hər hansısa təxribat, təhdid, nüfuzdansalma və s. cəhdin olacağı halda, bunu kimlərin edə biləcəyi barədə məlumatları əvvəlcədən yazılı şəkildə qeyd edib evdə saxlamışam"