“Təbrik edirəm, oğul oğludur, qız çıxıb gedir adama, qalan oğludur”. Bu gün belə bir rəy gördüm və insanlığın bitdiyi, qəlblərin öldüyü bir dünyada yaşadığımın fərqinə bir daha vardım. Belə valideynləri Allah niyə valideyn edir, öz-özümə soruşdum. Sadəcə sual idi ağlımda. Görəsən, belə valideynə valideyn statusu verən Allahın missiyası nədir? Əlbəttə, bildiyi bir şey var".
Bakupost.az xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad sosial media hesabında yazıb.
O, qız övladını alçaldan insanları sərt tənqid edib:
“Sadəcə bir insan kimi acıdım. Bu insanın dünyaya gətirdiyi qız övladına acıdım. Belə valideynlərdən dünyaya gələcək qız övladlarına acıdım. Güzgüyə baxıb ömür boyu doğulduqlarına peşman olacaqları gələcək o qızlara acıdım. Bu dünyaya acıdım. Bu iyrəncliyə, murdarlığa acıdım. Mən heç bir heyvandan, heç bir yırtıcıdan bu qədər qorxmuram, nəinki heyvan-insandan! Sənin gələcəkdə olacaq qız övladına acıdım. Səninlə bir yastığa baş qoyacaq qadına acıdım. Acıdım sənin özünün doğulmağına. Kaş ki, sən və sənin kimilər bu dünyaya heç gəlməsəydilər... Kaş ki, sən heç olmasaydın”.