Moskva Bakının Kiyevdəki diplomatik missiya ilə bağlı müraciətini diqqətlə araşdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin noyabrın 21-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı bildirib.
"Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-dəqiq işləməsi nəticəsində baş verib",- o qeyd edib.