Ru
12:51 / 21 Noyabr 2025

Şolts məhkəmə qarşısında – Keçmiş kansler ifadə verəcək

Şolts məhkəmə qarşısında – Keçmiş kansler ifadə verəcək
Eye

Almaniyanın keçmiş kansleri Olaf Şolts “Şimal axını 2” boru xəttinə dair davam edən istintaq çərçivəsində şahid qismində ifadə verəcək.

Bakupost.az “dpa”ya istinadən xəbər verir ki, Sosial Demokrat Partiyasının (SPD) nümayəndəsi olan Şoltsun dövründə inşası başa çatan boru xətti Ukraynanın işğalı səbəbindən istifadəyə verilmədi.

Sələfi Angela Merkel dövründə Maliyyə naziri və kanslerin müavini olan Şolts 2021-ci ilin dekabrında kansler postuna keçmişdi.

Boru xəttinin inşasına başlanıldığı ilk gündən Ukrayna və Polşa ilə yanaşı ABŞ da bu layihəyə etiraz edirdi. Boru xətti və təxminən on il əvvəl ona paralel çəkilmiş “Şimal axını 1” 2022-ci ilin sentyabrında baş verən partlayışlarda ciddi zərər görmüşdü. Partlayışlarla bağlı istintaq zamanı bir neçə ukraynalı şübhəli qismində həbs edilmişdi.

Almaniya parlamentinin müvafiq komitəsi tərəfindən aparılan istintaqda Şoltt, boru xəttinin inşası zamanı mümkün Amerika sanksiyalarından yayınmaq üçün yaradıldığı iddia edilən fondun fəaliyyəti ilə bağlı suallara cavab verəcək.

İstintaqın gələn il keçiriləcək yerli seçkilərə qədər yekunlaşdırması nəzərdə tutulur.

Şoltsdan əvvəl komitədə ifadə verən keçmiş kanslerlər Angela Merkel və Cerard Şröder ifadələrində boru xətlərinin Almaniyaya ucuz təbii qaz təmin etmək üçün “vazkeçilməz” olduğunu bildirmişdi.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar