“Epşteyn dosyaları” yeni suallar doğurur. Birdən-birə uzun illər “dəyişməz həqiqət” kimi qəbul olunan anlayışlar yenidən müzakirəyə çıxır.
Bakupost.az xəbər verir ki, Almaniya mediasında dərc olunan bir məqalədə deyilir ki, əgər tarix 1992-ci ildən fərqli cərəyan etsəydi, bu gün Rusiya-Ukrayna müharibələri olardımı? İran yüksək silahlanmış terror dövləti kimi İsrailə və Qərbə qarşı mövcud olardımı?
Sovet İttifaqı 1922-ci ildə zorakılıq nəticəsində yaradıldı və 1991-ci ildə dağıldı.
Zorla üzv edilmiş respublikalar arasında Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Ermənistan, Estoniya, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan və Belarus vardı. Bu respublikalar Sovet İttifaqının “qalıqları” idi.
Sovet İttifaqı dağıldıqdan sonra BMT və Təhlükəsizlik Şurasındakı sovet yeri boş qaldı. “Sovet İttifaqı” yazıldıqda, Rusiya və digər keçmiş respublikalar nəzərdə tutulmurdu. Heç bir vəsiyyət də yox idi.
Corc Buş (ata) Rusiyanı dünya səhnəsinə özbaşına çıxardı və onu BMT Təhlükəsizlik Şurasının daimi üzvü etdi.
1991-ci il ABŞ prezidenti Buş çıxışnda dedi ki, ABŞ azad, müstəqil və demokratik Rusiyanın yaranmasını tanıyır və alqışlayır. Biz Rusiyanın Sovet İttifaqının Təhlükəsizlik Şurasındakı yerini daimi üzv kimi qəbul etməsini dəstəkləyəcəyik. Buş Ukrayna, Ermənistan, Qazaxıstan, Belarus və Qırğızıstanın suverenliyini tanıyır, Türkmənistan, Özbəkistan, Tacikistan, Azərbaycan, Gürcüstan və Moldovanın tanınacağını ABŞ-ın şərtlərini qəbul etdikdən sonra bildirəcək.
Əslində, Azərbaycan, Moldova, hətta Litva, Estoniya və ya Latviya Sovet irsinin BMT-də davamçısı kimi Rusiyadan daha yaxşı seçim olardı. Heç bir başqa keçmiş Sovet dövləti atom silahlarını sivil dünyaya təhdid yaratmaq üçün istifadə etməzdi.
Əgər bütün sovet atom silahları Rusiyaya deyil, Ukrayna və ya Qazaxıstana yerləşdirilsəydi, bu gün milyonlarla insan Ukraynada hələ də sülh içində yaşayardı və yüz minlərlə Rusiya əsgəri Ukrayna ərazilərində həlak olmazdı.
Epşteynin KQB/FSB “bal-tələsi” Rusiyanın taxt-tacına necə təsir edib? Atom silahlarının Ukraynadan çıxarılmasında rol oynayıb? Rusiya atom arsenalı gecədə necə artdı?
Ukrayna keçmiş sovet zabitlərinin köməyi ilə atom kodlarını oxuyub dəyişə bilərdi. Qərbin yardımı ilə bu çox asan olardı. Putin atoma sahib Ukraynaya yaxınlaşa bilməzdi.
Yaxud bu tələ Obama administrasiyasının Putinin Budapeşt Memorandumunu pozması ilə bağlı “ləyaqətli təmkin”ində rol oynadımı?
Epşteyn dosyaları yayımlandıqdan sonra bu və digər suallar Ukrayna və dünya ictimaiyyəti tərəfindən yenidən müzakirə olunur.
Cavid, BakuPost
1. Досjе- шехси говлуг . 2 ." Идрак" не тез jaддан чыхды ? 3. Муслум Магомаjевин (реhметлиjин) еви сокулмеси бизи нараhат етмир? 4. Бу мегале беле вачибдир?