Ru
12:20 / 14 Fevral 2026

“Cümə günləri döyülməyim qayda olmuşdu”

“Cümə günləri döyülməyim qayda olmuşdu”
Eye

Türkiyənin tanınmış rəqqasələrindən olan Asena qatıldığı bir proqramda uşaqlığında yaşadığı zorakılıqdan danışıb.

Bakupost.az "En son haber"ə istinadən xəbər verir ki, o, nənəsi ilə böyüdüyünü bildirib.

Asena nənəsinə olan dərin sevgisini ifadə etməklə yanaşı, mütəmadi olaraq fiziki zorakılığa məruz qaldığını da açıqlayıb.

“Hər cümə məni müntəzəm olaraq döyürdülər. Heç vaxt evə getmək istəmirdim. Məktəb tətillərini sevmirdim. Digər bütün uşaqlar həftəsonunun gəlməsini istəyirdi, amma mən həmişə məktəbdə olmaq istəyirdim.

Cümə günləri döyülməyim qayda halını almışdı. Oxlovlar mənə tab gətirmirdi. Onlar qırılırdı və biz yenilərini almaq üçün pul ödəməli olurduq. Qonşular nənəmə deyirdi ki, buna görə pul xərcləməsin. O da gedib əvəzinə zoğal çubuğundan düzəltdirirdi”.

Qeyd edək ki, illərdir karyerasını dayandıran rəqqasə 2025-ci ilin yeni il bayramı ərəfəsində küsülü olduğu müğənni İbrahim Tatlıseslə barışdıqdan sonra yenidən gündəmə gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar