Ru
11:39 / 31 İyul 2026

Daha bir əfsanəvi futbolçu vəfat etdi

Daha bir əfsanəvi futbolçu vəfat etdi
Eye

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.

"Bakupost" xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.

O, ağır xəstəliklə mübarizə aparırdı.

Xatırladaq ki, F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi "Milan"da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.

İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub və 1994-cü il dünya çempionatının finalına yüksələn milli komandanın kapitan sarğısını daşıyıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar