Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.
Bakupost.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
"Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən qeyd olunub.
***
12:02
Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.