Bolqarıstan 2027-ci ilin sonuna qədər Rusiyadan qaz alışını dayandırmağı planlaşdırır.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Jeço Stankov məlumat verib.
O bəyan edib ki, Bolqarıstan Rusiya qazından imtina etməklə Macarıstan və Slovakiyaya tranzitini də dayandıracaq.
Bolqarıstanlı nazir həmçinin bəyan edib ki, ölkə öz hərəkətlərini Avropa qanunvericiliyi və siyasətinə uyğunlaşdırır.
Zaur,
BakuPost