13:14 / 13 Fevral 2026
Daha bir təyyarədaşıyan Yaxın Şərqə göndərilir — ABŞ-İran gərginliyi artır
143
ABŞ daha bir təyyarə daşıyan gəmini və onu müşayiət edən nəhəng armadanı Hind okeanının İran sərhədlərinə göndərmək qərarına gəlib. Ən son qlobal mənbələr bunu ABŞ-dan rəsmi hərbi addım kimi işıqlandırır.
Bakupots.az “Reuters”ə istinadən xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, Pentaqon “USS Gerald R. Ford” təyyarədaşıyanı və müşayiət edən döyüş qrupunu Karib dənizindən Yaxın Şərqə göndərir. Bu, artıq bölgədəki “USS Abraham Lincoln” və ona qoşulmuş gəmi qruplarına əlavə olaraq yer alacaq. Mənbələrə görə, gəmi İranla münasibətlərdə gərginlik artdığı bir vaxtda göndərilir və bu addım diplomatik danışıqlar uğursuz olarsa mümkün hərbi əməliyyatlara hazırlıq siqnalı sayılır.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla danışıqlar nəticə verməzsə, ölkəsi daha sərt addımlar atmağa hazırdır və bu təyyarədaşıyan gəminin regiona göndərilməsi də həmin təzyiq strategiyasının bir hissəsidir.
Hazırda Ağ Ev və Pentaqon rəsmi açıqlama versə də, hərbi hazırlıqların davam etdiyi bildirilir, gəmilər regiona yaxın həftələrdə çatacaq.
Qeyd edək ki, bu yaxınlarda ABŞ Yaxın Şərqə “Tomahawk” raketləri ilə təchiz olunmuş nüvə sualtı qayığını da göndərib. “Ohio” sinifli “USS Georgia” sualtı qayığı təxminən 150 qanadlı raket daşıya bilir və bu addım İranla artan gərginliklə əlaqədar Vaşinqtonun regiona hərbi təzyiqi gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Bu hərbi addımlar həm də İranla nüvə proqramı ətrafında davam edən gərginlik və danışıqların nəticəsindən asılı olaraq strateji təzyiqin artırılması kimi qiymətləndirilir.
Cavid, BakuPost