Ru
14:02 / 13 Fevral 2026

Əli Kərimli planının pərdəarxası: Faktlar üzə çıxdı

Əli Kərimli planının pərdəarxası: Faktlar üzə çıxdı
Eye

Azərbaycanın siyasi sferasında bir neçə şəxsin xarici ölkələrin xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq quraraq dövlət hakimiyyətinin ələ keçirilməsi planlarını müzakirə etməsi barədə iddialar ciddi rezonans doğurub. Yayılan məlumatlara görə, həmin şəxslər Əli Kərimlinin hakimiyyətə gətirilməsi üçün xarici qüvvələrin təşkilati və xüsusi resurslarından yararlanmaq məqsədilə müraciət ediblər. Bildirilir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv qəbul edilməsini öhdəsinə götürüb.

Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Azərbaycanın hüquqi dövlət olduğunu bildirib.

"Konstitusiya və hakimiyyətə gəlməyin konstitusion üsulları qanunvericilikdə aydın şəkildə təsbit edilib. Konstitusion üsullardan kənar hər hansı formada hakimiyyəti ələ keçirməyə cəhd etmək ağır dövlət cinayətidir və ciddi şəkildə cəzalandırılmalıdır. Təəssüf ki, belə cəhdlər olub və bununla bağlı faktlar artıq üzə çıxıb. Bu yola qədəm qoyan şəxslər, onları hakimiyyətə gətirəcəyini vəd edən qüvvələrə qarşı müəyyən öhdəliklər götürürlər. Bu, sadəcə vəd deyil, birbaşa öhdəlikdir. Onlar hakimiyyətə gələcəkləri halda hansı addımları atacaqlarını əvvəlcədən qəbul edirlər".

Deputat deyib ki, kimin maraqlarına xidmət edəcəkləri və hansı tapşırıqları yerinə yetirəcəkləri də bu öhdəliklərin tərkib hissəsidir:

"Bu yola gedənlər qanundan və Konstitusiyadan kənar hərəkət edən şəxslərdir. Belə şəxslər onları hakimiyyətə gətirən qüvvələrin təsiri altına düşür və onların iradəsindən asılı vəziyyətə gəlirlər. Bu, dövlət və xalq maraqlarına zidd olsa belə, həmin öhdəlikləri yerinə yetirmək məcburiyyəti yaradır. Nəticədə, bu cür davranış həm siyasi baxımdan, həm də mənəvi baxımdan qəbuledilməz və utancvericidir".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar