Ru
15:32 / 13 Fevral 2026

Heydər Əliyev hansı məşhura qəzəblənmişdi? “Belə ev tikə bilməzsən!” – VİDEO

Heydər Əliyev hansı məşhura qəzəblənmişdi? “Belə ev tikə bilməzsən!” – VİDEO
Eye

Ümummilli lider Heydər Əliyevin yazıçılarla görüşünə aid arxiv görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub. Onun iqtisadiyyatla bağlı məsələdə “Sənin pulun da olsa, Azərbaycanın indiki vəziyyətində özünə elə dəbdəbəli ev tikə bilməzsən” fikri diqqət çəkir. Bu fikirlərin konkret kimə ünvanlandığı barədə dəqiq məlumat yoxdur. Məlum olan isə odur ki, görüş 1999-cu ildə baş tutub. Həmin görüşdə xalq şairi Bəxtiyar Vahabzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digərləri olub.

Bakupost.az Globalinfo.az-a istinadən Görüşdə həmçinin Qarabağın azad edilməsi üçün müharibə variantından da danışılır.

Həmin tarixi görüşlə bağlı danışan xalq yazıçısı Anar Rzayev deyib ki, Heydər Əliyevlə müxtəlif vaxtlarda görüşlər keçirib:

“Düzü, dəbdəbəli evlə bağlı çıxışının kimə aid olduğunu bilmirəm. Açığı, məhz evlə bağlı hissə yadımda qalmayıb. Bilmirəm, kimin evidir. Çünki görüş 1990-cı ildə olub. Uzun illər keçdiyi üçün xatırlamaqda çətinlik çəkirəm”.

Sözügedən çıxışı təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar