Ru
12:54 / 26 Fevral 2026

“Daha iki veriliş bağlanacaq” – Tanınmış aparıcı özəl mənbədən məlumat alıb - VİDEO

“Daha iki veriliş bağlanacaq” – Tanınmış aparıcı özəl mənbədən məlumat alıb - VİDEO
Eye

Aparıcı Səidə Bəkirqızı daha iki verilişin bağlanacağını açıqlayıb.

Bakupost.az xəbər verir ki, məlumatı özəl mənbələrdən əldə etdiyini deyən aparıcı bildirib ki, ARB-də üç verilişin bağlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, Elgiz Əkbərin verilişindən sonra sırada Kazım Sübhanın və Pərviz Hüseynlinin verilişlərinin bağlanması gözlənilir:

“Özəl mənbələrdən əldə etdiyim məlumatdır. Elgiz Əkbərin verilişinin yerinə Kazım Sübhanın verilişi yayımlanmalı idi, lakin sonradan o verilişi bağlamaq qərarına gəliblər. Verilişi bağlanacaq isimlərdən biri də Pərviz Hüseynlidir. Amma aldığım məlumata görə, Pərvizin verilişi hələ ki, bağlanmayıb. ARB-də üç – Elgiz Əkbər, Kazım Sübhan və Pərviz Hüseynlinin verilişinin bağlanması planlaşdırılıb ”.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar