Ru
10:40 / 27 Fevral 2026

“Daşıya biləcəyiniz qədər götürün” - Milyonlar masanın üstündə - VİDEO

“Daşıya biləcəyiniz qədər götürün” - Milyonlar masanın üstündə - VİDEO
Eye

Çində fəaliyyət göstərən “Henan Kuangshan Crane” şirkətinin sahibi Tsui Peicjun işçilərinə inanılmaz bir jest edib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkətin mərkəzində təxminən 26 milyon dollar nağd pul yerləşdirilib və işçilərə “Daşıya biləcəyiniz qədər götürün” çağırışı edilib.

Tədbirə təxminən 7000 işçi qatılıb və bəziləri minlərlə dollar götürüb.

Məlumata görə, bir nəfər təxminən 13 min dollar aparıb.

Şirkət rəhbəri daha əvvəl işçilərinə məişət texnikası və digər hədiyyələr təqdim etdiyini, lakin bu il birbaşa nağd pul verməyə üstünlük verdiklərini açıqlayıb.

“Bəzi insanlar niyə pulu bank hesablarına köçürmürük deyə soruşur. Amma məncə, bu, sadəcə rəqəmlərin özüdür”, - o, tənqidlərə cavab olaraq bildirib.

Qeyd edilib ki, bu, Peicjunun işçilərinə etdiyi ilk səxavətli jest deyil. Ötən ilin mart ayında Beynəlxalq Qadınlar Günü münasibətilə şirkətin 2000 qadın işçisinə ümumilikdə təxminən 230 min dollar bonus paylanmışdı. Peijun o zaman bunu belə izah etmişdi: “Bu, pul paylamağı sevdiyim üçün deyil. Gənclər avtomobil kreditləri və mənzil borcları ilə mübarizə aparırlar. Düşünürəm ki, təklif edə biləcəyimiz hər cür dəstək faydalı olar”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar