Ru
10:42 / 29 May 2026

Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı - VİDEO

Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı - VİDEO
Eye

"Blue Origin" şirkətinin "New Glenn" daşıyıcı raketi Florida ştatının Kanaveral burnundakı 36 nömrəli kompleksində sınaq zamanı partlayıb.


Oxu.Az-ın xəbərinə görə, bu, "NASASpaceFlight.com" saytının canlı yayımından məlum olub.

Hadisə yerli vaxtla cümə axşamı təxminən saat 21:00-da (Bakı vaxtı ilə cümə günü saat 05:00-da - red.) baş verib.

Blue Origin" şirkəti "X" hesabında sınaq zamanı anomaliyanın baş verdiyini təsdiqləyib. Şirkətin sahibi, ABŞ-li milyarder Ceff Bezosun sözlərinə görə, bütün işçilərin təhlükəsizliyi təmin edilib və heyət üçün heç bir təhlükə yoxdur. O vurğulayıb ki, qəzanın səbəbi ilə bağlı nəticə çıxarmaq hələ ki, tezdir.

Məlumata görə, partlayış o qədər güclü olub ki, Kanaveral-Keyp və Koko-Biç sakinləri evlərində titrəmələrin olduğunu və səmada parlaq parıltı görüldüyünü bildiriblər. Yerli hakimiyyət orqanları mümkün yanacaq sızmaları səbəbindən hər hansı təhlükə olmadığını qeyd ediblər.

Sınaqlar "New Glenn"in qarşıdakı həftələrə planlaşdırılan dördüncü buraxılışına hazırlıq məqsədilə aparılıb. Sınaq zamanı göyərtədə aparatlar olmayıb. Buraxılış infrastrukturuna dəyən ziyanın miqyası hələ ki, müəyyən edilməyib.

"New Glenn" "Blue Origin" tərəfindən kommersiya, elmi və milli missiyalar üçün hazırlanmış ağır sinifli raketdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar