Ru
17:52 / 18 Fevral 2026

"Dəniz Mall"ın qarşısında ağır qəza: Yaralı var

"Dəniz Mall"ın qarşısında ağır qəza: Yaralı var
Eye

Bakıda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az News24.az-a istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında paytaxtın "Dəniz mall" Ticarət Mərkəzinin yerləşdiyi ərazidən qeydə alınıb.

Məsələ ilə bağlı TƏBİB-dən redaksiyamızın sorğusuna cavab olaraq bildirilib ki, 17 fevral saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, "Dəniz mall" Ticarət Mərkəzinin yerləşdiyi ərazidən çağırış olunub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 17 yaşlı (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar