Ru
15:41 / 16 Oktyabr 2025

Deputat “parlamentdə Mehdiyevin kadrları var” fikrinə rəy bildirdi

Deputat “parlamentdə Mehdiyevin kadrları var” fikrinə rəy bildirdi
Eye

“Parlamentin buraxılması ilə bağlı məsələ gündəmdə deyil. Ramiz Mehdiyevin parlamentdəki kadrları məsələsinə gəldikdə, Mehdiyev 2019-cu ildə vəzifəsindən kənarlaşdırılıb. Parlamentın VI çağırışı 2020-ci ildə, VII çağırışı isə 2024-cü ilin sentyabrında formalaşıb".

Bakupost.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

O əlavə edib: “Parlamentdə Ramiz Mehdiyevin kadrları var” fikri kökündən yanlışdır. Ola bilər, zamanında Ramiz Mehdiyevlə isti münasibəti olan şəxslər olsun. Amma parlamentin formalaşdırılmasında Ramiz Mehdiyev heç bir halda iştirak etməyib”. pizza

O bildirib: “Onun haqqında cinayət işi qaldırılıb, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çox ciddi ittihamlar irəli sürülüb. Hesab edirəm, bu ittihamlar əsaslı olacaqsa, Mehdiyevin bilavasitə əlaqədə olduğu, prosesdə birgə fəaliyyət göstərdiyi şəxsləri də əhatə edə bilər. Siyahıda kimlərin olacağı isə istintaqın gedişində müəyyən olunacaq. Bütövlükdə, Ramiz Mehdiyevin məsələsinin parlamentə heç bir aidiyyatı yoxdur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar