Ru
13:30 / 18 Avqust 2026

Dərman sınaqlarında yeni dövr: 20 milyonluq mərkəz yaradılır

Dərman sınaqlarında yeni dövr: 20 milyonluq mərkəz yaradılır
Eye

İngiltərədə xəstələrdən alınan hüceyrələr əsasında mini insan toxumalarının hazırlanması üçün 20 milyon funt sterlinqlik tədqiqat mərkəzi yaradılır.

“Bakupost” xəbər verir ki, mərkəzdə yaradılacaq orqanoidlər insan orqan və toxumalarının əsas xüsusiyyətlərini təqlid edəcək. Bu modellər yeni dərmanların insan xəstəliklərinə təsirini daha erkən mərhələdə yoxlamaq üçün istifadə olunacaq.

İlk mərhələdə “Kron” xəstəliyi və xoralı kolit kimi iltihablı bağırsaq xəstəlikləri üzrə orqanoidlər hazırlanacaq. Daha sonra xərçəng, nevroloji xəstəliklər və ürək xəstəlikləri ilə bağlı tədqiqatlarda da istifadə ediləcək.

Tədqiqatçıların məqsədlərindən biri təsirsiz dərman namizədlərini heyvan və klinik sınaqlara keçmədən əvvəl müəyyənləşdirməkdir. Məlumatlara görə, heyvan sınaqlarından uğurla keçən dərmanların 90 faizindən çoxu sonradan insanlar üzərindəki klinik sınaqlarda uğursuz olur.

Orqanoidlərin yaxın gələcəkdə heyvan sınaqlarını tamamilə əvəz etməsi gözlənilmir. Lakin bu üsulun tədqiqatlarda istifadə olunan heyvanların sayını azaltmağa və gələcəkdə fərdi müalicələrin inkişafına kömək edə biləcəyi bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar