Ru
20:33 / 13 Oktyabr 2025

Dərnəgül dayanacağının inşası nə vaxt başa çatır?

Dərnəgül dayanacağının inşası nə vaxt başa çatır?
Eye

Bu ilin sonunadək Dərnəgül dayanacağının inşasının başa çatdırılması planlaşdırılır.

Bakupost.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən həyata keçirilən layihə çərçivəsində sərnişinlər üçün müasir standartlara cavab verən infrastrukturun yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, cari ildə Bakı-Balakən-Bakı marşrutu yenidən bərpa edilib. Bununla yanaşı, ölkədaxili səyahət istiqamətlərinin artırılması məqsədilə 15 iyundan etibarən Bakı-Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu istiqamətdə ilk dəfə müasir qatarlar hərəkətə başlayıb.

2025-ci il il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub, avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə 32 ildən sonra sərnişin daşımalarına başlanılıb. Həmçinin 28 sentyabr 2025-ci il tarixindən etibarən xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb. Müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir. Cari ildə Abşeron dairəvi dəmiryol marşrutu ilə də səyahət imkanları təkmilləşdirilib. Sentyabrın 15-dən qatarların hərəkət qrafiki optimallaşdırılıb, iş günləri reyslərin sayı 92-dən 104-ə çatdırılb. Hazırda Abşeron dairəvidə günlük sərnişin daşıma 42 min nəfəri ötüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar