Ru
15:40 / 21 Yanvar 2026

Dərnəgüldəki güclü yanğının başvermə səbəbi bilindi

Dərnəgüldəki güclü yanğının başvermə səbəbi bilindi
Eye

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın zamanı iki mağaza və bir anbar tam, yaxınlıqda olan daha bir obyekt isə qismən yanıb.


Bakupost.az xəbər verir ki, yanğına səbəb mağazalardan birinin anbarında olan elektrik naqilindəki qısaqapanma olub.

Qısaqapanma nəticəsində anbarda yanğın başlayıb. Anbardakı məhsullar tezalışan maddə olduğundan yanğın qısa müddətdə güclənib və ətrafdakı mağazalara keçib. Anbar və mağazalarda əsasən tikinti materialları olub.

Hazırda yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyi ərazidə qərargah yaradıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar