“Bu proses bir mərkəzdən məsuliyyət və səlahiyyət bölgüsü olmaqla idarə olunmaldır. Bizdə isə pərakəndəlik mövcuddur və bununla bağlı xüsusi qanunvericilik aktı yoxdur”.
Bu sözləri
Bakupost.az -a açıqlamasında ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reydə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, küçə ticarəti dünyanın hər yerində var və düzgün tənzimlənərsə, ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər:
“Yeni iş yerlərinin yaradılması və daha ucuz məhsulların satışı məsələsi gündəmə gələ bilər. Amma bununla bağlı müəyyən qaydalar olmalı, mülkiyyət hüququ qorunmalıdır. Heç bir icra nümayəndəsi insanların məhsulunu əlindən ala bilməz, müsadirə ancaq məhkəmə qərarı ilə mümkün ola bilər. Ona görə də düşünürəm ki, bununla bağlı xüsusi qanunvericilik aktına ehtiyac yaranıb. Yəni küçə ticarətinin tənzimlənməsi qaydaları açıq və şəffaf şəkildə elan olunmalıdır. Hər şəhərin, hər küçənin öz qaydaları olmamalıdır. Hazırda isə görünən odur ki, bir küçədə icazə var, birində yoxdur. Bunun necə tənzimləndiyi ilə bağlı ciddi suallar qalır”.
Lalə,
BakuPost